Geologiya İnstitutu ölkədəki palçıq vulkanlarının helikopterlə tədqiqini həyata keçirib
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu ölkə ərazisində palçıq vulkanlarının helikopterlə tədqiqini həyata keçirib. AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, aerotədqiqat işləri Abşeron, Şamaxı-Qobustan və Aşağı Kür neftli-qazlı rayonlarında yerləşən aktiv vulkanları, eləcə də Bakı arxipelaqındakı ada vulkanları üzərində aparılıb. Bu işlər "Dünya palçıq vulkanları" atlasının çapa hazırlanması ilə əlaqədar təşkil edilib. Tədqiqat zamanı palçıq vulkanlarının fəaliyyətinə dair yeni məlumatlar da alınıb.
İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev qeyd edir ki, vulkanların aerofotoşəkilləri ilk dəfə Azərbaycan palçıq vulkanları atlasının tərtib olunması və onun 1971-ci ildə nəşri ilə əlaqədar əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB