Elşən Musayev: “İbrahimbəyova bir dənə də ”Oskar”artistliyinə görə verilməlidir...”

Elşən Musayev: “İbrahimbəyova bir dənə də ”Oskar”artistliyinə görə verilməlidir...”

"Rüstəm İbrahimbəyov indiyə qədər tanıdığım ən eksklüziv, ən nadir, ən əcaib simalardandır. Və inanın ki, onun məntiqi və qərar qəbuletmə instinkti 3 yaşında uşağınkindən daha ötə xarakterdə deyil. Ya da belə deyək: Bu vələduzuna insanın timsalında hər an, hər şey gözləmək olar. Məsələn o, bütün həyatı boyu mənafe səbəbilə də olsa irəlilədiyi 75 illik yolu 3 sot torpağa dəyişə, heç bir zaman gəlmədiyi siyasətdən gedə, ya da bir dəfə də olsun işində və fəaliyyətində iştirak etmədiyi "Milli Şura"nın sədrliyindən istefa verə bilər. Necə ki, bu söylədiklərimin hamısını da elə bir göz qırpımında edib!". SIA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Rüstəm İbrahimbəyovun "Milli Şura"sədrliyindən istefa xəbərinə münasibət bildirərkən söyləyib.

"Bu adamın adı üstündə - Rüstəm İbrahimbəyov! Aylardır müxalifəti barmağına dolayan, onları 3-5 manatla əlaltısına çevirən, ən nəhayətində isə uydurduğu min cür bəhanələr səbəbilə ölkəyə qayıdışını gerçəkləşdirə bilməyən İbrahimbəyov!

Təbii, başqa gözlənti yox idi. Bu qorxaq və cəsarətsiz insan üzərində daşıya bilmədiyi yükdən nə vaxtsa azad olmalı idi. Və oldu! Hələ radikal ünsürlər min şükür etsin ki, İbrahimbəyov son ana qədər onlarla məzələndiyini, həmin qüvvələrdən"təcrübə dovşanı"kimi istifadə etdiyini söyləməyib. Üzü sulu-sulu istefa verib gedib. Yoxsa əsl həngamə bax onda çıxardı. Yəni, real həqiqətlərin söyləndiyi məqamda!

Əlqərəz, bu uğursuz diletantın istefa qərarına təəccüblənmədiyimi söyləmək istəyirəm. Hətta düşünürəm ki, müxalifəti bu qədər rəzil duruma gətirə bildiyi və ətrafdakı kamikadzeləri öz saxta obrazına inandırdığı üçün İbrahimbəyova bir də artistlik nominasiyası üzrə"Oskar"verilməlidir"- deyə politoloq fikirlərinə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə