Milli Qəhrəman Vahid Quliyev gənclərlə görüşüb

Milli Qəhrəman Vahid Quliyev gənclərlə görüşüb

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi İsa Məmmədovun müəllifi olduğu "Milli Qəhrəmanların gənclərə tanıdılması" layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevlə görüş təşkil olunub.

Tədbirdə Milli Qəhrəman keçdiyi şərəfli ömür yolundan, çətin, ancaq qəhrəmanlıq salnaməsi yazdığı cəbhə xatirələrindən danışıb.

Sentyabr ayının 20-i 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünyaya göz açdığını deyən Vahid Quliyev uşaqlıq illərindən, tələbəlik, gənclik xatirələrindən söhbət açıb.

Döyüş yolundan da danışan qəhrəman vətən uğrunda göstərdiyi şücaətlərdən, döyüş yoldaşlarının qəhrəmanlıqlarından bəhs edib.

Qeyd edək ki, Vahid Quliyev 1992-ci ilin avqust ayında könüllü olaraq Yasamal rayon Hərbi Komissarlığından cəbhəyə göndərilib. Bir zabit kimi döyüş xəttinə yola salınan Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur. Beləliklə, erməni yaraqlılarının hücumunun qarşısı alınır. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü ildə o, yenidən Ağdam döyüş bölgəsinə dönür. V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin 10 zirehli texnikasını sıradan çıxarmışdı. Bunun 8-i tank, 2-si isə piyada döyüş maşını idi.

Azərbaycan Respublikası prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib

Görüşdə qonaq gəncləri maraqlandıran suallara da aydınıq gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə