Məhkəmə sosial şəbəkə fəalının apellyasiya şikayətini təmin etməyib
Bakı Apellyasiya Məhkəməsi sosial şəbəkə fəalı Əbdül Əbilova Nərimanov Məhkəməsinin 3 aylıq həbs qətimkan tədbiri seçən qərarını qüvvədə saxlayıb. SİA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək onun həbsinin qanunsuz olduğunu bildirib, rayon məhkəməsinin qərarının ləğv olunmasını tələb edib.
Məhkəmə Ə.Əbilovun vəkilinin arqumentlərinin əsassız olduğunu bildirərək Nərimanov Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, "Facebook"dakı "tənqidi" resursların idarəçilərindən olan Əbdül Əbilov noyabr ayının 22-də DİN əməkdaşları tərəfindən həbs olunub. Nərimanov Məhkəməsi noyabrın 23-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB