Cari ilin 28 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı hesabat seçki konfransını keçirib.Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransı Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Ağayev açıq elan edib. DİA-nın tələbələrin ictimai fəaliyyəti üçün yaratdığı şəraitdən söz açaraq, DİA TGT-nin burada əsas rol oynadığını qeyd edib.
Konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək DİA TGT-nin fəaliyyəti, akademiya tərəfində TGT-yə verilən dəstək və yaradılan imkanlar üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru prof. Urxan Ələkbərova öz təşəkkürünü bildirib.
Daha sonra Gənclər və İdman Nazirliyinin tələbə və tələbə təşkilatları ilə iş sektorunun baş məsləhətçisi Elnur Abdullayev çıxış edərək DİA TGT-nin fəaliyyəti barəsində söz açıb və TGT-ləri həm ATGTİ, həm də Gənclər və İdman Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.
Sonda DİA TGT-nin sədri Toğrul Niyazlı TGT-nin illik fəaliyyəti ilə bağlı hesabatla çıxış edib və tələbər tərəfindən hesabata münasibət bildirilərək, DİA TGT-nin idarə heyyəti təsdiqlənib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB