Şərqşünas alimin elmi məqaləsi Qazaxıstanda çap olunub

Şərqşünas alimin elmi məqaləsi Qazaxıstanda çap olunub

AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının "Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı səfiri Adil xan Ziyadxanlının siyasi və diplomatik fəaliyyəti" adlı elmi məqaləsi Qazaxıstandakı L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin elmi jurnalında rus dilində çap olunub. SİA-nın məlumatına görə, məqalədə AXC-İran münasibətləri, AXC-nin xarici siyasəti, Adil xanın tərcümeyi-halı, elmi, ictimai-siyasi və Dumadakı fəaliyyəti araşdırılır.

Məqalədə eyni zamanda, Adil xan Ziyadxanlının 1920-ci il yanvarın 4-də AXC-nin səfiri kimi fəaliyyətə başlaması, Azərbaycanı sovetlər işğal etdikdən sonra İran Qacar dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olması, sovet qoşunlarının İrana daxil olmasından sonra Türkiyəyə mühacirət edərək ömrünün sonunadək İstanbul Universitetində dərs deməsi kimi məsələlər tədqiq və təhlil edilir.

Adil xan Ziyadxanlı 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə başladı. 1919-cu il Bakıda A.Ziyadxanlı AXC-nin İrandakı səfirliyinə təqdim etdiyi "Azərbaycan haqqında (tarixi, ədəbi və siyasi məlumat" (hicri-1338, miladi 1919, Bakı) kitabında yazır: "Novruz bayramı günü Azərbaycan Cümhuriyyətinin rəsmi surətdə tanınması və ilk dəfə olaraq Tehranda səfarətin açılşı və bayraq qaldırılması münasibətilə Azərbaycan səfarətinə yadigar olmaq üzrə verildi".

Bütün xəbərlər Facebook səhifəmizdə