Səttar Mehbalıyev "Məsul" stadionundan danışdı

Səttar Mehbalıyev "Məsul" stadionundan danışdı

" "Məsul" stadiona baxış keçirilib. Aldığım məlumata görə, həmin stadionun vəziyyəti çox ağırdır. Sanki ora stadion statusundan çıxıb". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, stadionun qapısı, hasarı qəaətbəxş olmadığına görə, orada hətta pis məqsədlərlə, yəni siqarət çəkənlər, spirtli içki aludəçiləri yığışır: "Digər tərəfdən də siyasi partiyalar orada mitinqlər keçirir, siqaret çəkir, butulka atır, kağızlar atırlar, sonra da yığışdırmırlar".

AHİK-in sədri deyib ki, hazırda stadionda təmir-bərpa işlərinin aparılması üçün maliyyə qaynağı axtarılır: "Hazırda maliyyə dəstəyi axtarırıq ki, orada həm hasar, həm də qapı məsələsini həll edək, təmizlik işləri aparaq. İmkan daxilində orada quruculuq-abadlıq işlərini yüksək səviyyəyə qaldıracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə