Səttar Mehbalıyev: "Müəssisələrdə çalışan işçilər həmkarlar ittifaqlarının yaradılmasını tələb etməlidirlər"

Səttar Mehbalıyev: "Müəssisələrdə çalışan işçilər həmkarlar ittifaqlarının yaradılmasını tələb etməlidirlər"

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası heç bir şirkətdən və ya müəssisədən həmkarlar ittifaqının yaradılması ilə bağlı tələb irəli sürə bilməz. Bunu həmin müəssisələrdə çalışan işçilər tələb etməlidirlər". SİA-nın məlumatına görə, bu fikirləri "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.

S.Mehbalıyevin sözlərinə görə, müəssisələrdə çalışan işçilərin tələbi, istəyi olmadan bu müəssisələrdə həmkarlar ittifaqlarının yaradılması mümkün deyil.

AHİK-nın sədri bildirib ki, özəl şirkətlərdə həmkarlar ittifaqının yaranması ilə bağlı hər gün iş aparılır: "Biz bu istiqamətdə bütün ilk təşkilatlara, rayon komitələrinə tapşırıqlar vermişik və bununla bağlı gündəlik iş gedir. Görülən işin bəhrəsidir ki, gələn həftə böyük bir nazirlikdə 8000-ə qədər insanı əhatə edən həmkarlar təşkilatı yaradılacaq. Yerli şirkətlərdə, birgə müəssisələrdə ilk təşkilatlar demək olar ki, hər gün yaradılır. Burada əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə də həmkarlar təşkilatlarının yaradılması prosesini gücləndirməkdir. Həmin şirkətlərin 30-40 faizində həmkarlar ittifaqları yaradılıb və bu iş mütəmadi olaraq davam etdirilir".

S.Mehbalıyev vurğulayıb ki, müəssisələrdə çalışan işçilər əmək hüquqlarını bilməli, əməklə bağlı normativ sənədlərdən, əmək konvensiyalarından, həmkarlar təşkilatlarının fəaliyyətindən məlumatlı olmalıdırlar: "Biz də bununla bağlı yerlərdə maarifləndirmə işləri aparır, təhsil kursları keçirik".

Bütün xəbərlər Facebook səhifəmizdə