"Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) rəhbərləri və orada işləyən bütün işçilər üçün Elektron imza kartları açılmalıdır. Bununla yanaşı, mərkəzi aparatın işçiləri də elektron imza kartları ilə təmin olunmalıdır". SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi iclasda deyib.
Onun sözlərinə görə, bununla bağlı tez bir zamanda Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə qurulmalıdır: "Elektron imzadan sonra kimsəyə kağız parçası verməyə ehtiyac qalmayacaq. Hansı dövrdə yaşayırıq ki, hələ də arayışlardan istifadə edirik? Proses 10 gün müddətində tamamlanmalıdır. Bütün işlər hazır olduqdan sonra məsələ dərhal qanunvericiliyə əlavə olunacaq".
O, həmçinin əlavə edib ki, qanuni təyin edilən əlillik dərəcələri üzrə təqaüd alan vətəndaşlara birdəfəlik arayış veriləcək: "Bu da elektron sistemlə təmin olunacaq. Təqaüdə çıxan zaman əllilik dərəcəsi təyin edildikdən sonra əmək qabiliyyətinin itirilməsi haqqında məlumatlar elektron sistemlə həyata keçiriləcək. Bu, olduqca asan işdir. Dünyanın aparıcı dövlətlərinin oxşar orqanları bu sistem üzrə fəaliyyət göstərir. Bizdə bu proses dekabrın sonuna kimi başa çatmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB