Sabah “küləklər şəhəri”ndə güclü şimal küləyi əsəcək

Sabah “küləklər şəhəri”ndə güclü şimal küləyi əsəcək

Sabah Bakıda güclü şimal küləyi əsəcək, ölkənin dağlıq ərazilərində isə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya bildiriblər ki, noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz saatlarında şimal-qərb küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-9, gündüz 10-14 dərəcə isti olacağı proqnozlaşdırılır.

Noyabrın 30-da Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq. Dağlıq ərazilərdə yağıntının sulu qara və qara keçəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 5-10, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, dünən axşamdan başlayaraq, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Belə hava şəraitinin dekabrın 1-dək davam edəcəyi proqnozlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə