“Region Gənclərinin İctimai Siyasi Aktivliyinin artırılması” mövzusunda seminar keçirilib FOTO

“Region Gənclərinin İctimai Siyasi Aktivliyinin artırılması” mövzusunda seminar keçirilib FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində "Region Gənclərinin İctimai Siyasi Aktivliyinin artırılması" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminara YAP GB-nin ofis rəhbəri Sərraf Balaxan, YAP Ağdam Təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin sədri Şəmsi Nəcəfzadə rəhbərlik edib.

Təlimlərdə bildirilib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi region gənclərinin sosial aktivliyinin və siyasi biliklərinin artırılması məqsədi daşıyır.

Qeyd edilib ki, layihənin müəllifi "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyidir, təşkilatı dəstək isə YAP Gənclər Birliyinə məxsusdur.

Seminarda 40-a yaxın gəncə region gənclərinin fəaliyyəti, ictimai aktivlikləri haqqında məlumatlar verilib.

Qeyd edək ki, layihəyə keçən aydan start verilib. Layihə çerçivəsində bir neçə region gəncləri ilə görüşlər və seminarlar keçirilib, iştirakçılara sosial aktivlik və siyasi fəaliyyətlə bağlı ətraflı bilgilər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə