Cari ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ölkəmizdə ilk dəfə "Qaranlıqda görün" şüarı altında həyata keçirdiyi "İşıqlı həyat" sosial yönümlü layihə çərçivəsində Bakı şəhərinin Sabunçu, Suraxanı rayonunda yerləşən 21, 225 və 158 nömrəli orta məktəblərdə də layihənin təqdimatı keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycanda ilk dəfə böyük və yeni sosial layihə olan "İşıqlı həyat"ın əsas məqsədi - Azərbaycan əhalisinin, xüsusən yeniyetmə və gənclərin gecə saatlarında yol təhlükəsizliyini təmin etmək, ölkəmizdə yol-nəqliyyat hadisələri zamanı baş verə biləcək ölüm faktlarının qarşısını almaqdır.
Tədbirdə layihənin əhəmiyyətliliyindən bəhs edilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirdə xüsusi olaraq hazırlanmış işıqqaytarıcıların paytaxtın orta və ali məktəblərində təmənnasız olaraq paylanacağı bildirilib.
Tədbirin sonunda məktəb şagirdlərinə işıqqaytarıcılar paylanılıb.
Qeyd edək ki, "İşıqlı həyat"a qoşulan hər kəs xüsusi işıqqaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda, öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB