Azad Qarabağ Uğrunda Alyansın nümayəndə heyəti "Qarabağ Təbliğat Turu" çərçivəsində Gürcüstana yola düşüb. Qurumun mətbuat xidmtindən SİA-ya verilən xəbərə görə, üç gün çəkəcək səfər zamanı müxtəlif səviyyələrdə görüşlərin, dəyirmi masaların, müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Səfərdə məqsəd yerli əhalinin Qarabağ həqiqətləri ilə bağlı məlumatlandırılması, Azərbaycanın haqq işinə ictimai dəstəyin gücləndirilməsi, qonşu ölkənin vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Səfərin Tiflis, Marneul, Qardaban və digər əraziləri əhatə edəcək. Nümayandə heyətinə Alyansa üzv olan təşkilatların təmsilçiləri, o cümlədən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Milli Mədəniyyətin Təbliği Birliyinin sədri Jalə Cəfərova və digərləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB