“Heydər Əliyev və Azərbaycanın Milli Qəhramanları” kitabının təqdimatı olub
Bu gün "Heydər Əliyev və Azərbaycanın Milli Qəhramanları" kitabının təqdimatı olub. SİA-nın məlumatına görə, mərasimdə ictimaiyyət nümayəndələri, Azərbaycanın milli qəhramanlarının ailə üzvləri və media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Qəhramanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı bildirib ki, kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək Azərbaycanın Milli Qəhramanı adına layiq görülən 193 şəhid Milli Qəhraman ailələri və 18 sağ Milli Qəhramanla Ümummilli Lider Heydər Əliyevin görüşlərindən, onlara göstərilən diqqət və qayğıdan bəhs edir: "Ümummilli Lider Heydər Əliyev Milli Qəhramanlarla görüşü zamanı deyib ki, "Mən bütün Azərbaycan vətəndaşlarına göstərdikləri qəhramanlıq nümunələrinə görə, əl-ələ verib vətənin müdafiəsinə qalxdıqlarına görə təşəkkür edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Azərbaycanın bütün vətəndaşları yekdil olacaq, hamı bir nəfər kimi Azərbaycan torpağını müdafiə edəcək, Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlayacaqlar". Təbii ki, hər bir Aazərbaycan vətəndaşı Ümummilli Liderimizin bu kəlamını əldə rəhbər tutaraq bütün əməyini ölkəmizin gələcəyi naminə sərf etməli, gənclərimizin Vətənə, Millətə, Dövlətə sadiq böyümələri üçün səy və bacarıqlarını əsirgəməməlidir".
Daha sonra kitabın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB