19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
Bakı şəhərində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri "Bakutel 2013" 19-cu Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya texnologiyaları" sərgisi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, dünyanın 28 ölkəsindən, o cümlədən Belarus, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və digər ölkələrdən 300 şirkət sərgidə iştirakını təsdiqləyib. Ənənəvi olaraq, aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distribyutorları sərgidə çıxış edəcəklər. Builki sərginin fərqləndirici cəhəti çoxsaylı milli stendlərin iştirakı olacaq və bu stendlər sərgidə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Xorvatiya, Estoniya və bir sıra digər ölkələrin milli stendləri də sərgidə geniş şəkildə təqdim olunacaq.
Nəzərinizə çatdıraq ki, Azərbaycanda "İKT ili" ilə əlaqədar olaraq, sərgidə ziyarətçi və iştirakçılar üçün xüsusi proqram nəzərdə tutulub. Ziyarətçilər və sərgi iştirakçıları üçün çoxlu sürpriz, müsabiqə və viktorinalar hazırlanıb. Burada hər kəs lazer şousunun iştirakçısı ola biləcək. Zalların birində ən yeni texnoloji vasitələrdən istifadə etməklə xüsusi oyun zonası quraşdırılacaq.
Qeyd edək ki, sərgi dekabrın 2-si və 5-də ziyarətçiləri salamlamaq üçün "Bakutel" sərgisinə gəlmiş dünyaca məşhur "Titan" robotu qarşılayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB