Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatını qeyri-qanuni aparan şəxslər məsuliyyət daşıyacaqlar

Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatını qeyri-qanuni aparan şəxslər məsuliyyət daşıyacaqlar

Prezident İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

Dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır. Qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə