Noyabrın 27-də "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında konfrans keçirib.
Konfrans dövlət himninin səslənməsi ilə başlanıb. Tədbiri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq qonaqları salamlayıb və konfransın aparıcılığını "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramova verib.
TUMİB sədri layihənin əhəmiyyətindən və Prezident İlham Əliyev cənablarının ölkə gənclərinə daim diqqət və qayğısından danışaraq sözü Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərova verib. Fəttah Heydarov öz çıxışında yeniyetmə və gənclərlə bu cür ideoloji görüşlərin əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam" fikiri dünyada yaşayan 60 milyona yaxın azərbaycanlı üçün ən böyük birlik nümunəsi olduğunu bildirib.
Daha sonra çıxış edən professor, Milli Məclisinin deputatı Musa Qasımlı çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana rəhbərlik etdiyi 10 ili ölkəmizin qızıl dövrü olduğunu bildirib.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov, TUMİB "Gənclər Mərkəzinin" rəhbəri Aidə İmamova öz çıxışlarında yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının xüsusi əhəmiyyətindən söz açıblar.
Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB