Göygöl rayonunun Topalhəsənli kəndinə ilk dəfə mavi yanacaq verilib

Göygöl rayonunun Topalhəsənli kəndinə ilk dəfə mavi yanacaq verilib

Uzun illərdən sonra Göygöl rayonun daha bir kəndinə mavi yanacaq verilib. SİA-nın məlumatına görə, bu münasibətlə keçrilən tədbirdə rayon İcra Hakimiyyəti başçısı Arif Hacıyev həmçinin bir sıra rəsmi şəxslər eləcədə kənd sakinləri iştirak edib.

Arif Hacıyev çıxış edərək bildirib ki, ölkədə gedən iqtisadi inkişaf özünü hər sahədə göstərir: "Nəticə etibarı ilə dövlətin iqtisadi gücü imkan verir ki, ucqar rayonlarda, kəndlərdə belə əhalinin həyat şəraiti yaxşılaşdırılsın. Elə Topalhəsənli kəndinə verilən mavi yanacaq da deyilənlərin bariz nümunəsidir".

Tədbirdə söz alan digər natiqlər də qeyd ediblər ki, bu əlamətdar hadisə Göygöl rayon əhalisi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Rəsmi hissənin ardından rayona mavi yanacağın verilişini tərənnüm edən məşəl yandırılıb.

Qeyd edək ki, Topalhəsənli kəndinin mavi yanacaqla təmin edilməsi istiqamətində 4350 paqonmetr daşıyıcı, 23 min paqonmetr paylayıcı xəttlərdən istifadə olunub. Mənzillərə fərdi tənzimləycilər və sayğaclar quraşdırılıb. Hazırda 390 mənzilə mavi yanacaq verilir. 2014-cü ildə isə Topalhəsənli daşıyıcı qaz kəmərindən istifadə olunaraq, Kərəmli, Zurnabad, Şəhriyar və Aşağı Zurnabad kəndləri eləcə də, Gəncə qəsəbəsi də qazlaşdırılacaq.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə