'Böyük İpək Yolu'' Qırğızıstan və Azərbaycan gənclərinin forumunda iştirak edib
'Böyük İpək Yolu'' Beynəlxalq Gənclər İttifaqı Qırğızıstan və Azərbaycan gənclərinin 2-ci forumunda iştirak edib. SİA-nın məlumatına görə, bu barədə məlumat qurumun mətbuat xidmətindən verilib. Forum Qızğızıstanın paytaxtı Bişkek şəhərində keçirilib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Qırğızıstanın gənclər və turizm naziri Aliasbek Alimkulov, Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev çıxış edərək iki ölkə arasında inkişaf edən əlaqələrdən və bu əlaqələrin gənclər siyasətində önəmindən bəhs ediblər.
Forumda müzakirələr üç işçi qrup üzrə - hökumət, qeyri-hökumət təşkilatları və tələbə təşkilatları arasında gələcək fəaliyyət istiqamətləri və ortaq layihələr haqqında aparılıb. Toplantıda gənclərin fəaliyyətini əks etdirən təqdimatlar hazırlanıb. Forumun sonunda ortaq bəyənat qəbul edilib.
Forumda ''Böyük İpək Yolu'' Beynəlxalq Gənclər İttifaqını katibliyin nümayəndəsi Aytən Əliyeva təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB