Cari ayda ünvanlı sosial yardım alanların sayı 21 500 nəzərdə tutulub

Cari ayda ünvanlı sosial yardım alanların sayı 21 500 nəzərdə tutulub

"Cari ilin oktyabrında sosial yardım təyinatlı ailələr üzrə göstərici 15 150 olub. Hazırda noyabr ayı üzrə təyinatlar gedir. 1 noyabr tarixinə olan məlumata görə, ünvanlı sosial yardım alan ailələrin sayı 134 min 157 nəfər təyin olunub". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib.

O bildirib ki, noyabr ayınadək rayon şəhər əhalinin sosial müdafiəsi mərkəzləri üzrə təyin olunan limit aradan götürülüb: "Yəni, bütün rayonlarda ünvanlı sosial yardım almaq üçün müraciət edənlərin müraciətləri qanunvericilik səviyyəsində baxılıb və onlara təyinatlar göndərilib. Bu günə qədər 13 459 təyinat aparılıb".

Nazirlik rəsmisi onu da əlavə edib ki, rayon və şəhər əhalinin sosial müdafiəsi mərkəzlərindən aldığımız məlumatlara görə, cari ayda ünvanlı sosial yardım alanların sayı 21 500 nəzərdə tutulub ki, bu da oktyabr ayı ilə müqayisədə 42 faiz çox deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə