Gənc yazar Pərvin Nurəliyeva ADU tələbələri ilə görüşüb FOTO

Gənc yazar Pərvin Nurəliyeva ADU tələbələri ilə görüşüb FOTO

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) gənc yazar Pərvin Nurəliyeva ilə tələbələr arasında görüş keçirilib.

SİA-nın məlumatına görə,görüşdə universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov çıxışında Azərbaycan dili və ədəbiyyatı kafedrasının yazarlarla daim silsilə tədbirlər keçirdiyini deyib. O, tədbirdə qonaq olan Pərvin Nurəliyevanın gənc olmasına baxmayaraq, xeyli mükafatlar, uğurlar əldə etdiyini söyləyib.

Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova çıxış edərək bu tədbirin açıq dərs mahiyyətinə malik olduğunu deyib. O, bu kimi tədbirlərin gələcəkdə daha geniş şəkildə, daha çox tələbələri cəlb etməklə keçirilməsini arzulayıb.

Gənc yazarın əsərləri ilə maraqlanan dekan P.Nurəliyevanın "Balerina" povesti haqqında onu maraqlandıran suallarla müəllifə müraciət etdi.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva gənc yazarın fəaliyyət göstərdiyi "525-ci qəzet"dən söz açıb.

Bir çox əsərlərin müəllifi, gənc yazar Pərvin Nurəliyeva tələbələrə özü haqqında geniş məlumat verib.

Daha sona universitetin Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Ülkər Salamova "525-ci qəzet"in fəaliyyətindən bəhs edən təqdimatla çıxış edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə