lll Beynəlxalq Gənclər Forumu öz işinə start verib

lll Beynəlxalq Gənclər Forumu öz işinə start verib

Bu gün Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznıy şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" lll Beynəlxalq Gənclər Forumu öz işinə start verib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, açılış mərasimində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun keçirilməsində yaradılan şəraitə görə təşkilatçılara təşəkkürünü bildirib.

İntiqam Babayev bu səpkili forumların əməkdaşlığın daha sıx müzakirəsi və inkişafı istiqamətində böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: "Bu forum yeni layihə və ideyaların gerçəkləşməsinə təkan verir".

Forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır.

Qeyd edək ki, 28 noyabr tarixinədək davam edəcək "Yeni nəsil: sərhədsiz məsuliyyət" lll Beynəlxalq Gənclər Forumuna Azərbaycan 50 nəfərlik nümayəndə heyəti ilə qatılıb.

Qeyd edək ki, 2011-ci və 2012-ci illərdə "Yeni nəsil: sərhədsiz məsuliyyət" Beynəlxalq Gənclər Forumu (I və II) Bakı şəhərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə