"Sabah Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənəcək şimal-qərb küləyinin axşam mülayimləşəcəyi ehtimalı var". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, noyabrın 28-də paytaxtda və yarımadada havanın temperaturu gecə 7-9, gündüz 10-14 dərəcə isti olacaq.
Məlumata əsasən, sabah ölkənin bölgələrində arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır: "Dağlıq və dağətəyi rayonlarda sulu qara və qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 9-14, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB