Gənc qadın liderlər Bakıda görüşlər keçiriblər FOTO

Gənc qadın liderlər Bakıda görüşlər keçiriblər FOTO

"Gənc qadın liderlərin beynəlxalq konfransı" çərçivəsində ölkəmizdə səfərdə olan gənc qadın liderlər bir neçə görüş keçiriblər.

SİA-ya "Demokratik İslahatçı Gənclər" İctimai Birliyindən verilən məlumata görə, Azərbaycanda qadın siyasəti, gənc liderlərə, vətəndaş cəmiyyətinin qadın liderlərinə göstərilən qayğı ilə maraqlanan qonaqlar layihənin donoru qismində iştirak edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın sədr müavini Sədaqət Qəhrəmanova və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə görüşüblər.

Müzakirələr zamanı, Azərbaycanda ictimai-siyası mühitdə gənc xanımların iştirakçılıq səviyyəsi, qadınların siyasətdə, biznesdə uğurları barədə, yeni zamanda hər üç qurumun fəaliyyəti, uğurları barədə güniş fikir mübadiləsi aparılıb.

Qonaqlara eyni zamanda Azərbaycanda müstəqil donor institutlarının fəaliyyəti, bu qurumlardan xarici QHT-lərin faydalanmaq səviyyəsi barədədə ətraflı məlumat verilib.

Xatırladaq ki, layihə Azərbaycan Prezidenti yanında Azərbaycan Gənclər Fondunun və UN- Habitatın dəstəyi ilə reallaşıb və layihə çərçivəsində 14 ölkənin qadın liderləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə