Zahidul Huque: "Hər il 1,5 milyon qadın, qız anadan olmamışdan qabaq öldürülür"
"Hər il 1,5 milyon qadın, qız anadan olmamışdan qabaq öldürülür. Bu da o deməkdir ki, qadınların hüquqları doğulmamışdan qabaq pozulur". SİA-nın məlumatına görə, bu sözləri BMT-nin Əhali Fondunun Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ölkə direktoru Zahidul Huque doğulan uşaqların cinsə görə nisbətinin pozulması ilə bağlı keçirilən tədbirdə çıxış edərkən deyib. O bildirib ki, bu kimi problemlər Cənub Şərqi Asiya, Qafqaz ölkələrində də mövcuddur.
Onun sözlərinə görə, Albaniyada artıq bu problem geniş yayılıb: "Bu o deməkdir ki, problem yayılmaqdadır. Bu kimi hallar daha çox azuşaqlı, yəni bir uşaqlı ailələrdə öz əksini tapır. Çoxuşaqlı ailələrdə bu problemlər azlıq təşkil edir".
Z. Huque bildirib ki, ölkələrdə bununla bağlı qanunlar olsa da bilmək lazımdır ki, bu problemdə qanun həlledici deyil: "Hər hansı bir qərar qəbul etməzdən əvvəl regionda olan kəmiyyət və keyfiyyət vəziyyəti araşdırılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB