"Bir il ərzində İnkişaf etmiş ölkələrdə 28 milyon, İnkişaf etməkdə olan ölkələrdə isə 182 milyon qadının hamiləliyi süni şəkildə pozulur". SİA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Doğulan uşaqların cinsə görə nisbətinin pozulması ilə bağlı keçirilən tədbirdə çıxış edərkən deyib. O bildirib ki, buna səbəb uşağın cinsə görə ayrı seçkiliyidir.
Onun sözlərinə görə, Azərbaycan bu işlə bağlı bir sıra işlər həyata keçirilsə də, hələ də bu kimi problemlər mövcuddur: "1993-cü ildə Azərbaycanda ölkə əhalisinin 48,9 faizini kişilər, 51.1 faizini qadınlar təşkil edirdisə, hazırda 49,7 faizi kişi, 50,3 faizini qadınlar təşkil edir. Son 20 ildə kişilərin sayı artıb. Buna səbəb uşaqların cinsi nisbətinin pozulmasıdır".
Komitə sədri həmçinin bildirib ki, 2020 "Gələcəyə Baxış" Konsepsiyasında bu istiqamətdə xüsusi sənədin hazırlanması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB