Paytaxtda doğulan uşaqların cinsi ayrıseçkilik nisbəti müzakirə olunur

Paytaxtda doğulan uşaqların cinsi ayrıseçkilik nisbəti müzakirə olunur

Bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu (UNFPA) ilə birgə "Doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının səbəbləri: Mövcud vəziyyətin təhlili və problemin həlli yolları" mövzusuna həsr olunan tədbir həyata keçirir. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, dövlət qurumları və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edirlər.

Tədbirdə ilk çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, komitə 2 gün bundan qabaq bu istiqamətdə silsilə tədbirlərə start verib. Onun sözlərinə görə, hər bir tədbir spesifik xarakter daşısa da, mövzu olaraq bir birinə bağlıdır. Komitə sədrinin sözlərinə görə, cinsinə görə uşaqların nisbətinin pozulması da qadına qarşı zorakılıqdır: "Bu problem gündəmdə olan problemdir. Bu proses çox zaman məcburi halda həyata keçirilir. Azərbaycanda bu istiaqamətdə qanun mövcuddur. Hazırda Repreduktiv sağlamlıq haqqında qanun layihəsi müzakirə olunur. Qanunun uzun müddət müzakirəsi onu göstərir ki, cəmiyyətin bu istiqamətdə fikirləri arasında fərqlilik mövcuddur".

Daha sonra çıxış edən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığına görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu məsələ insan hüquqlarının pozulmasına zəmin yaradır: "Uşaqların cinsə görə ayrı seçkiliyi cəmiyyətdə bir çox problemlərə yol açır. Azərbaycanda bu problemlərin qarşısını almaq üçün hökumətin səylərini gözləyirik. Bundan əlavə KİV-lər də bu istiqamətdə mübarizəyə qoşulmalıdır".

Daha sonra çıxış edən BMT-nin Əhali Fondunun Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ölkə direktoru Zahidul Huque bildirib ki, bu cür problemlər bir çox ölkələrdə öz əksini tapır. Ona görə də ölkələrdə bu istiqamətdə məlumatlılıq artırıllmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə