Noyabrın 30-da saat 22.00-da AzTV kanalında "AtaHolding" ASC-nin 10 il və "AtaBank" ASC-nin 20 illik yubileyinə həsr edilmiş "Çto, Qde, Koqda" oyunu keçiriləcək. SİA-nın verdiyi məlumata görə, oyunda "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları teletamaşaçılar komandasında iştirak edəcəklər.
Kapitanı "AtaBank" ASC İdarə Heyətinin sədr müavini Etibar Babaşlı olan teletamaşaçılar komandasında "AtaHolding" ASC Maliyyə və Büdcə şöbəsinin baş mütəxəssisi Fazil Axundov, Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova, "AtaBank" ASC Bank kartları və Elektron xidmətlər Departamentinin direktoru Teymur Axundov, Kommunikasiya şöbəsinin mütəxəssisi Oruc İbrahimov, İnsan Resursları Departamentinin mütəxəsisi Ülviyyə Məhərrəmova, Şirvan filialı kredit şöbəsinin rəisi Kainat Məmmədov, "AtaSığorta" ASC Ümumi Sığorta şöbəsinin rəisi Nərgiz Mustafayeva, "AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev, "Excelsior Hotel Baku" otelinin Satış və marketinq üzrə mütəxəssisi Murad Əsədov, trener Nailə Canaşvili və "AtaTexnologiya" Layihə şöbəsinin rəisi Cahangir Qənizadə oynayacaqlar.
Kapitanı Anar Nəcəfli olan bilicilər komandasında Adnan Axundov, Elman Talıbov, Fuad Musayev, İya Metrevelli və Günel Babayeva oynayacaqlar.
Qeyd edək ki, sosial layihələrin həyata keçirilməsinə fəaliyyətinin bir hissəsi kimi baxan "AtaHolding" təhsil, idman və mədəniyyət sahələrində müxtəlif layihələr həyata keçirir. 2006-cı ildən bu intelektual televiziya layihəsinə sponsorluq edən "AtaHolding" ASC bununla da ardıcıl olaraq yeddinci ildir verlişin baş sponsorudur. 2009-cu ildə AtaHolding ASC-nin 5 il və "AtaBank" ASC-nin 15 illiyinə həsr edilmiş "Çto, Qde, Koqda" oyunu keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB