2015-ci il Avropa Oyunlarının loqotipi haqqında süjet göstərilib

2015-ci il Avropa Oyunlarının loqotipi haqqında süjet göstərilib

"Rossiya-24" telekanalı tarixdə ilk Avropa Oyunlarının loqotipi haqqında süjet hazırlamışdır. Həmin süjet şənbə günü Bakıda təqdim edilib.

Rusiyanın populyar dövlət kanalının bu materialında tədbirin özü haqqında söhbət açılır, xatırladılır ki, Azərbaycan bu oyunlara ev sahibliyi etmək hüququnu necə qazanıb. Kanalın müxbirləri respublikamızın gənclər və idman naziri Azad Rəhimovdan da müsahibə götürüblər.

Xatırladaq ki, Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə