Ombudsman Aparatının əməkdaşı Strasburqda keçirilən konfransda iştirak edib
2013-cü ilin 21-22 noyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya Komitəsi, Britaniya Milli Preventiv mexanizminin və BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin təşkilatçılığı ilə "Avropada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlanılması: ümumi problemlərin müəyyən edilməsi və monitorinq sisteminin təkmilləşdirilməsi" mövzusuna həsr edilən keçirilib.
Qurumun mətbuat xidmətindn SİA-ya verilən xəbərə görə, 60-dan çox iştirakçısı olan konfransda Avropa Şurasının üzv dövlətlərinin Milli Preventiv Mexanizminin və BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndələri, bu sahə üzrə müvafiq monitorinq qruplarının təmsilçiləri, o cümlədən xarici ekspertlər iştirak ediblər.
Həmin tədbirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış müşaviri Turan Cahangirova da qatılıb.
Son zamanlar aktual məsələ kimi diqqətin yönəldiyi sığınacaq axtaran və qanunsuz miqrantların saxlanılma mərkəzlərində pis rəftar hallarının qarşısının alınmasının daha etibarlı təmin edilməsi, o cümlədən deportasiya edilmə şəraiti və rəftarın beynəlxalq hüquq normaları və miqrasiya hüququ prizmasından Milli Preventiv Mexanizmlər tərəfindən monitorinqi məsələləri tədbirin əsas müzakirə mövzuları olub.
T.Cahangirovanın bu sahədə Müvəkkilin və Ombudsman Aparatının əməkdaşları, eləcə də Azərbaycan Milli Preventiv Mexanizminin müvafiq fəaliyyəti, əldə olunmuş təcrübə, görülmüş işlər barədə çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Çıxışda başçəkmələr zamanı mövcud vəziyyətin müasir standartlara uyğun olduğu, pis rəftarın aşkarlanmadığı, saxlanma mərkəzlərinin fəaliyyətini tənzimləyən normativ sənədlərin Milli Preventiv Qrupun üzvləri tərəfindən öyrənildiyi, bir sıra təkliflərin irəli sürüldüyü, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanıb "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi və saxlanılması qaydaları haqqında" qanun layihəsinə Müvəkkilin müvafiq tövsiyələr verdiyi, o cümlədən həmin mərkəzlərdə Milli Preventiv Qrupun üzvləri tərəfindən Ombudsmanın və Milli Preventiv Mexanizminin fəaliyyətinin əsaslarına dair müntəzəm olaraq təlim-seminarların keçirildiyi vurğulanıb.
Tədbirdə pis rəftarla mübarizə istiqamətində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB