Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birləşmiş Millətlər Təşkilatının Tərksilah İşləri İdarəsi və Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) təşkilatçılığı ilə "GUAM ölkələrində təhlükəsizlik mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə hökumət nümayəndələri, diplomatlar, alimlər, o cümlədən UETM mütəxəssisləri, GUAM ölkələrinin beynəlxalq və regional təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi kimyəvi, bakterioloji, radioaktiv və nüvə silah risklərinin qarşısının alınması üzrə dövlət təhlükəsizlik sahəsində təcrübə mübadiləsidir.
Dəyirmi masa 2012-ci il aprel ayında Kiyevdə "Kütləvi qırğın və ikili təyinatlı silah istifadəsinin qarşısının alınması" mövzusunda keçirilən dəyirmi masanın davamıdır.
Tədbir tərksilah məsələləri üzrə beynəlxaq əməkdaşlıq sahəsində müsbət rol oynayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB