MDU-nun Bakı filialında dəyirmi masa keçirilib

MDU-nun Bakı filialında dəyirmi masa keçirilib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında "Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva, Azərbaycan Tarix Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü akademik Nailə Vəlixanlı, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev, təbii ki, ev sahibi – MDU-nun Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, habelə digər tanınmış alimlər, tarixçilər, şərqşünaslar, linqvistlər və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə