AMEA və RTEA arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub FOTO

AMEA və RTEA arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) birinci vitse-prezidenti, akademik Lida İvanitskaya və Neftqazçıxarma Prosesləri üzrə Sistemli Tədqiqatlar İnstitutunun Baş direktoru, akademik Əzizağa Şahverdiyev ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

L.İvanitskaya akademiyalar arasında birgə tədqiqatlar aparılması məqsədi ilə elmi qurum yaradılmasını təklif edib. Təbiət elmlərinin müxtəlif istiqamətlərində araşdırmaların səmərəsini artırmaq üçün səylərin birləşdirilməsinə ehtiyac duyulduğu vurğulanıb.

Qonaq həmçinin, dünya şöhtərli alim, AMEA, RTEA, Başqırdıstan Respublikası Elmlər Akademiyası və Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü Azad Mirzəcanzadənin adını daşıyan beynəlxalq medal təsis edilməsi təşəbbüsünü irəli sürüyüb.

Mükafatın mühüm nəticələri ilə fərqlənən elm adamlarına verilməsi məqsədəuyğun hesab edilib. Akademik Akif Əlizadə təklifləri yüksək dəyərləndirib və bu istiqamətdə lazımi dəstək verəcəyini bildirib.

Sonda təşəbbüslərin reallaşdırılması məqsədi ilə tərəflər arasında yenidən görüş keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə