Azərbaycan Tələbələr Birliyinin tam hüquqlu üzv olduğu Avropa Tələbələr Birliyinin 65-ci İdarə Heyəti Toplantısı 25 noyabr – 2 dekabr 2013-cü il tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, ATB təmsilçisi Elgün Rzazadənin də iştirak etdiyi toplantının ilk günündə ali təhsildə ictimai məsuliyyətlilik müzakirə olunacaq.
Daha sonrakı günlərdə Avropa Tələbələr Birliyinin müxtəlif fəaliyyətlərinin, daxili və xarici siyasət sənədlərinin, həmçinin, Birliyin gələcək tədbirlərinin müzakirə edilməsi planlaşdırılıb. Azərbaycan Tələbələr Birliyi təmsilçisi Elgün Rzazadənin müxtəlif müzakirə panellərinə qatılacağı, həmçinin, digər Avropa ölkələrinin milli tələbə birliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. ATB nümayəndəsinin mümkün perspektiv layihələr və fəaliyyətlər barədə tərəfdaş milli tələbə birlikləri ilə müzakirələr aparması da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB