" Mədəni dəyərlərimizi tanıdaq və qoruyaq" FOTOLAR

" Mədəni dəyərlərimizi tanıdaq və qoruyaq" FOTOLAR

Fərdi layihə rəhbəri Şirinova Rəna Eyyub qızı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Mədəni dəyərlərimizi tanıdaq və qoruyaq" layihəsinin icrasını başa çatdırılıb. Layihə 16.09.2013-16.11.2013 tarixlərində Xaçmaz şəhərində keçirilib. SİA-nın məlumatına görə, layihənin əsas məqsədi regionda təhsil alan yeniyetmə və gənclər arasında işğala məruz qalmış tarixi torpaqlarımızı, dağıdılmış qalalarımızı, məscidlərimizi, qəbristanlıqlarımızı, ulu nənələrimizin əllərinin qabarı, gözlərinin nuru bahasına ərsəyə gəlmiş xalçalarımızı, bir sözlə milli-mədəni dəyərlərimizin təbliğatını aparmaqdan ibarətdir.

Rəna Şirinovanın verdiyi məlumata görə layihə çərçivəsində keçirilmiş təlimlərdə 90 nəfər 15-27 yaşlı yeniyetmə və gənc birbaşa faydalanıb. Ümumilikdə 6 təlim keçirilib. Təbliğatın kütləvi hala çevrilməsi üçün elektron internet saytlarının, kütləvi informasiya vasitələrinin imkanlarından maksimum istifadə olunub.

Layihə başa çatdıqdan sonra yaranmış könüllü qruplar arasında bu proses davam etdiriləcək və gələcəkdə bu cür tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə