Badamdar qəsəbəsində yeni İdman Kompleksi inşa olunur FOTOLAR

Badamdar qəsəbəsində yeni İdman Kompleksi inşa olunur FOTOLAR

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq Səbail rayonu Badamdar qəsəbəsində yeni İdman Kompleksinin inşasına başlanıb. Bu barədə SİA-ya Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya Təminatı və Təhlil sektorunun müdiri İsrafil Kərimov məlumat verib.

Onun sözlərinə görə, ilk növbədə Səbail rayon İcra Hakimiyyətinin sifarişi əsasında layihə sənədləri hazırlanıb: "2400 kv. metr sahəsi olan müasir dizaynlı iki mərtəbəli, zirzəmili İdman Kompleksi üçün Badamdar qəsəbəsində yer ayrılaraq burada inşaat işlərinə və bura kommunakasiya xətlərinin çəkilişinə başlanıb. Kompleksin tikintisində yerli və xarici inşaat materiallarından istifadə olunacaq. İdman Kompleksində böyük məşq zalları ilə yanaşı, soyunub-geyinmə otaqları, duşxanalar, sauna, basseyn, istifahət və yardımçı otaqlar, yeməkxana, mətbəx, geniş foye nəzərdə tutulub. Kompleksin daxilində müvafiq tərtibat işləri görüləcək".

İsrafil Kərimov onu qeyd edib ki, kompleksin ətraf ərazisində yaşıllıqlar salınacaq və abadlıq işləri aparılacaq: "Həyətdə avtomobillərin saxlanması üçün yerlər, Həyətdə səkilərə daş döşənəcək, asfaltlaşdırma işləri aparılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə