Azərbaycan Diplomatik Akademiyası sosial məsuliyyət və aktiv vətəndaşlığı təbliğ edir. ADA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ADA özünün dörd təməl daşlarından biri olan sosial məsuliyyət və vətəndaşlıq dəyərinə sadiq qalaraq təşkil etdiyi tədbirlər və gördüyü işlərdə vətəndaş həmrəyliyi prinsipini qorumaq və ehtiyacı olanlara yardım göstərməyi hədəfləyir.
Belə ki, ADA-da keçirilən tədbirlər çərçivəsində xeyriyyə aksiyalarının təşkili, xeyriyyə məqsədli addımların atılması artıq ənənə halını alıb. Noyabrın 15-də ADA-da müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaq məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən ADA-da təhsil alan xarici və yerli tələbələrlə birgə keçirilən III Beynəlxalq Tələbə Festivalı Ümumdünya Diabetlə Mübarizə Gününə təsadüf edib. Məhz bu səbəbdən diabtelə yaşayan insanlara öz dəstəklərini nümayiş etdirmək üçün ADA-nın tələbələri Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası ilə birgə festival çərçivəsində xeyriyyə məqsədli lotoreyalar təşkil edib, 4000 AZN məbləğində pul toplayıb və əldə edilən məbləği diabetdən əziyyət çəkən iki azərbaycanlı uşağa ianə edib. Bu uşaqlardan biri - Məmmədova Natəvan Ağdamın Əfətli kəndində anadan olub. 13 yaşlı Natəvan artıq 2 ildir ki, diabetdən əziyyət çəkir və insulin terapiyası alır. Digər yeniyetmə isə Əliyevə Fatimədir. 10 yaşlı bu qızcığaz 2003-cü ildə Sumqayıt şəhərində anadan olub, hal-hazırda isə Ceyranbatan qəsəbəsində yaşayır. Fatimə artıq 3 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ceyranbatan qəsəbəsində 2 saylı orta məktəbin 6-ci sinif şagirdi olan bu qızcığazın gündəlik həyatının vacib bir hissəsi hər gün onlarla dərman qəbul etməkdən ibarətdir. Qeyd edək ki, ADA-nın Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası ilə birgə əl uzatdığı bu qızların hər ikisinə həyat tərzlərini yaxşılaşdırmaq və müalicələrini yüngülləşdirmək məqsədi ilə insulin pompası ilə müalicə olunmaları tövsiyyə olunur. ADA aktiv vətəndaşlıq, sosial məsuliyyət, komanda işi, yaşadığın cəmiyyətə müsbət töhfələrin verilməsi kimi dəyərləri öz tələbələri arasında aşılamaq məqsədilə artıq iki ildir ki, Hacı Zeynalabdin Tağıyev adına mükafat təsis edib. Qeyd edək ki, bu mükafat cəmiyyətə təsir edən layihələr həyata keçirən tələbələr qrupuna təqdim edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB