Azərbaycan Tələbələr Birliyi Bakı şəhərində Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" (Youth in Action) proqramının maliyyə dəstəyi ilə "Together for better future" adlı beynəlxalq təlim kursu təşkil edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Gürcüstan, Ukrayna, Hollandiya, Rumuniya və Estoniya kimi ölkələrin iştirak etdiyi təlim kursu Gürcüstan və Böyük Britaniyadan olan təlimçilər tərəfindən təşkil edilib.
Tədbirin keçirilməsində əsas məqsəd beynəlxalq layihələrin işlənməsində gənclər sektoru işçilərinin, gənclər liderlərinin bilik və bacarıqlarını artırmaqdır.
Xatırladaq ki, təlim kursunun müxtəlif ölkələrdən olan tərəfdaş təşkilatları Avropa Birliyi "Gənclər Fəaliyyətdə" proqramı çərçivəsində aktiv fəaliyyət göstərən təşkilatlardır.
Təlim kursu ərzində bu təşkilatların nümayəndələri ilə Azərbaycanda həyata keçirilməsi mümkün olan müxtəlif layihə ideyaları da müzakirə edilib.
Məhz bu baxımdan təlim kursu Azərbaycanda gənclər siyasətinin inkişafı və ölkəmizin təbliğatı baxımından müstəsna əhəmiyyətə malikdir.
Təlim kursu ərzində iştirakçılar üçün Azərbaycan mədəniyyət gecəsi təşkil edilib. Bakı şəhərinin gözəllikləri, mətbəximiz, musiqimiz və tariximiz ilə yaxından tanış olan iştirakçılar Azərbaycanla bağlı təəssüratlarının dəyişdiyini qeyd ediblər.
Xarici ölkələrdən olan iştirakçıların Heydər Əliyev Mərkəzinə səfəri də təşkil edilib ki, burada da gənclər Azərbaycanın ümummilli lideri olan Heydər Əliyevin həyatı və şəxsiyyəti haqqında müxtəlif informasiyalar alıblar. Bundan başqa təlim kursu iştirakçıları Heydər Əliyev Mərkəzini böyük memarlıq abidəsini olduğunu da qeyd ediblər.
Xatırladaq ki, yaxın zamanlarda Azərbaycan Tələbələr Birliyi bu formatda bir neçə beynəlxalq tədbirin keçirilməsini planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB