Dövlət sərhəd xidmətinin Göytəpə sərhəd məntəqəsində gənc əsgərlərin hərbi andı qəbul etmələri ilə əlaqədar təntənəli mərasim keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məumata görə, mərasim hərbi hissə komandirinin gənc əsgərləri salamlaması ilə başlayıb. Şəxsi heyəti salamladıqdan gənc sərhədçilər cərgə ilə meydana gələrək Vətənə sədaqət andı içiblər.
Hərbi hissə komandiri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin şəxsi heyətə təbriki elan olunub. Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin müşaiyəti ilə dövlət himni oxunub. Tədbirdə hərbi hissənin komandiri, DSX-nin nümayəndələri və əsgər valideynləri çıxış edərək dövlət sərhəddimizin mühafizəsi işində onlara uğurlar arzulayıblar. Gənc əsgərlər Vətən uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər. Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçiblər
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB