"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Bakıda keçirdiyi "Bərabər iştirak üçün birgə qatıl!" adlı beynəlxalq seminarda iştirak edən xarici ölkələrin gəncləri Ramana qəsəbəsində Şuşa şəhərindən məcburi köçkünlərin məskunlaşdığı düşərgəni ziyarət ediblər. Bu barədə SİA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib.
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin dəstəyi ilə baş tutan görüşdə 10-dan artıq ölkəni təmsil edən gənclər iştirak edib. Məcburi köçkünlərlə söhbət zamanı Şuşa sakinləri Azərbaycanın Ermənistan tərərifindən üzləşdiyi işğalçılıq siyasətinin fəsadlarından danışıblar. Qonqalara münaqişə nəticəsində evlərindən qovulmuş bir milyon qaçqın və məcburi köçkünlər barədə məlumat verilib.
Macarıstan, Rumıniya, Moldova, Yunanıstan, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə, Latviya və Rusiyadan olan gənclər Şuşadan olan məcburi köçkünlərin yaşayış səviyyəsi ilə maraqlanıblar. Yaşayış yerlərini itirmələrindən təəsüfləndiklərini deyən gənclər münaqişənin tezliklə sülh yolu ilə həll olunmasını arzuladıqlarını bildiriblər.
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşmiş 25 ölkə gənclərinin təşəbbüsü ilə Bakıda təsis edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB