BMT rəsmisi: "Hər il dünyada milyonlarla qadın, qız öldürülür"

BMT rəsmisi: "Hər il dünyada milyonlarla qadın, qız öldürülür"

"Dünyada 70 faiz qız və qadınlar bütün həyatları boyu cinsi və ya fiziki zorakılığıa məruz qalırlar". SİA-nın məlumatına görə bu sözləri BMT-nin Rezident Əlaqələndiricisi Antonius Bruk "Qadınlara qarşı zorakılığa YOX deyək" layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, hər il dünyada milyonlarla qadın, qız, döyülür, öldürülür.

Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq heç bir zaman qəbul edilməməli, bağışlanmamalıdır: "Qadınlara qarşı zorakılığın aradan qaldırılması, onların sosial, siyasi, iqtisadi və digər sahələrdəki hüquqlarının təmin edilməsində mühüm əhəmiyətə malikdir".

Azərbaycanda bu sahədə görülən işlərdən danışan A.Bruk bildirib ki, Azərbaycanda gender bərabərliyi, qadınlara qarşı zorakılıqla bağlı müəyyən boşluqlar mövcuddur: "Hər bir vətəndaş, qurumlar bu istiqamətdəki fəaliyyətlərini birləşdirməlidirlər. BMT Azərbaycan hökuməti ilə bu istiqamətdə fəaliyyətini davam etdirir və bu istiqamə müştərək işlər görülür. Artıq 6 ildir ki, biz AQUPDK ilə qadınlara qarşı zorakılıq gününü birgə qeyd edirik. Bu istiqamətdəki işlərimizi bundan sonra da davam edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə