"Qlobal miqyasda hər 3 qadından biri bu və ya digər formada fiziki, emosinal və digər zorakılığa məruz qalır". SİA-nın məlumatına görə, bu sözləri BMT-nin Əhali Fondunun Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ölkə direktoru Zahidul Huq "Qadınlara qarşı zorakılığa YOX deyək" layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, dünyada 600 milyon qadın qadınlara qarşı zorakılığın həyata keçirildiyi müxtəlif ölkələrdə yaşayır.
Onun sözlərinə görə, qadınlara qarşı zorakılığın baş verməsi bilavasitə ölkənin inkişafını ləngidən məsələdir: "Qadınlar dünya əhalisinin yarısını təşkil etsə də, bəzi ölkələrdə onlar cəmiyyətdən təcrid olunmuş şəkildə qalırlar. Qadınlar öz insan hüquqlarını, azadlıqlarını azad şəkildə icra edə bilmirlər. Uşaq və ya erkən yaşda nikahların bağlanması kimi hallarla məhz qadınlar üzləşirlər. Bu isə qızlara qarşı ayrı-seçkiliyin həyata keçirilməsi deməkdir".
Azərbaycanda bu istiqamətdə aparılan işlərdən danışan Z.Huq vurğulayıb ki, Azərbaycanda bu istiqamətdə vəziyyət fərqlidir:" Azərbaycanda ailə planlaşdırılması, siyasi, iqtisadi, mədəni, sosial, təhsil, səhiyyə sahələrində qadınların hüquqları bərqərar edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB