Paytaxtda Məişət zorakılığına yox deyək layihəsinin yekunlarına dair tədbir keçirilir TƏDBİR
Bu gün Üns Yaradıcılıq Səhnəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti ilə birgə 16 günlük Fəallıq Kampaniyası çərçivəsində "Qadınlara qarşı zorakılığa YOX deyək" layihəsinin yekunlarına həsr olunan tədbir keçirilir.
Tədbirdə millət vəkilləri, beynəlxalq təşkilatlar, dövlət qurumları, vətəndaş cəmiyyəti və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edirlər.
İlk çıxış edən AQUPDK sədri Hicran Hüseynova bildirib ki, bir yandan dünya sürətlə inkişafa doğru addımlayır, digər tərəfdən isə bəşəriyyət gender zorakılığı ilə mübarizə aparır. Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq fərqlidir və bu ümumdünya xarakteri daşıyır: "Qadınlara qarşı zorakılığa səbəb olan amillərə ailə mədəniyyətinin aşağı olması, qadınların öz hüquqlarını bilməməsi, erkən nigahlar və digərləri daxildir. Azərbaycanda qadın hüquqlarının müdafiəsi istiqimətində mühüm siyasət həyata keçirilir. Ölkəmizim 20 faiz torpaqlarının işğal altında olmasına baxmayaraq, hökumətimiz bu istiqamətdə konvesnisyalara qoşulmaqla qadın siyasətinə xüsusi önəm verir. 2010-cu ildə "Məişət zorakılığı" haqqında qanun qəbul edilməsi buna bariz nümunədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB