Noyabrın 24-də Rəşid Behbudov adına Mahnı teatrında Türkiyənin Sufi Devran qrupunun konserti baş tutub. Konsert Seyid Yəhya Şirvaninin (Bakuvi) vəfatının 550 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsindəndir. SİA-nın məlumatına görə, tədbirə Azərbaycan və Türkiyənin dövlət və ictimai xadimləri, Seyid Yəhya Şirvani və Xəlvətilik Simpoziumunun iştirakçıları, eləcə Bakı şəhərinin sakinləri qatılıb, təsəvvüf musiqinin yaratdığı həyəcana qoşulublar.
Tədbiri giriş sözü ilə millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva açıb. O, Seyid Yəhya Şirvani və onun əsərləri haqqında məlumat verib. 2013-ilin UNESCO tərəfindən Seyid Yəhya ili elan olunmasında Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın rolunu qeyd edən Qənirə Paşayeva il ərzində bir-birindən rəngarəng tədbirlərin keçirildiyini xatırladıb. Azərbaycan və Türkiyəni bir-birinə bağlayan mənəvi bağların Seyid Yəhya məktəbi vasitəsilə daha da möhkəmləndiyini vurğulayıb.
Sufi Devran qrupunun rəhbəri M. Fatih Çıtlak təsəvvüf musiqisinin özəllikləri, səma rəqsi haqqında qısa məlumat verdikdən sonra konsertin ifasına başlanıb. Ney, dəf və zərb alətlərinin musiqisi altında müxtəlif ilahi, zikr və dualar ifa olunub. Sufilərin dövrə vurması, səma rəqsi və digər hərəkətlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsert Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin dəstəyi ilə baş tutub.
 (800x533).jpg)
 (800x533).jpg)
 (800x533).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB