ATGTİ-nin sədri Şahin İsmayilov Qırğızıstana səfərini yekunlaşdırıb FOTO
Cari ilini 20—21 noyabr tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov, ATGTİ-nin TGT-lərlə iş departamentinin direktoru Həbibə Sadıqlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının (AzMİU TGT) sədri Asif Səfərli və Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının (BANM TGT) sədri Rəvan Adilov Azərbaycan Qırğızıstan II gənclər Forumunda iştirak edib. SİA-nın məlumatına görə, forum iştirakçıları dövlət qurumları, gənclər təşkilatları və tələbə təşkilatları olaraq üç qrupa bölünüblər. ATGTİ nümayəndələri forum çərçivəsində tələbə təşkilatları qrupunda fəaliyyət göstərib və qırğızıstanlı tələbə-gənclərlə fikir mübadiləsi aparılıb. Qrup işləri çərçivəsində hər iki ölkədə həyata keçirilən gənclər siyasəti müzakirə edilmiş, mövcud durum qiymətləndirilmiş və gələcək birgə fəaliyyət perspektivləri barədə təkliflər verilib.
Nəzərinizə çatdırırıq ki, Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbəri olduğu azərbaycanlı nümayəndə heyyətinin tərkibində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, İrəli ictimai birliyinin sədri Rauf Mardiyev, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova və Azərbaycan Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov təmsil olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB