İlin əvvəlindən bu günədək "AtaBank" tərəfindən 106 ipoteka krediti verilib. Həm güzəştli, həm də adi şərtlərlə verilən kreditlərin həcmi 4 260.830 milyon manatdan çox olub. SİA-nın məlumatına görə, orta məbləği 40 000 min manat təşkil edən kreditləri götürən şəxslərin orta yaş həddi 25-35 olub. Orta müddəti 25 il olan ipoteka kreditləri ilə alınan evlərin orta dəyəri 65 000 min manat təşkil edib.
Qeyd edək ki, "AtaBank" 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. "AtaBank" müvəkkil banklar sırasına qoşulandan sonra 487-dən artıq ipoteka krediti verib ki, bunun da 398 -dən çoxu adi, 89-dən artığı isə güzəştli ipoteka olub.
"AtaBank" ASC-nin 22 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 12-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB