26 noyabr Milli Qəhrəman Şahlar Hüseynovun doğum günüdü. SİA-nın məlumatına görə, Şahlar İsa oğlu Hüseynov 1968-ci il noyabrın 26-da Qərbi Azərbaycanın Razdan rayonu Hankavan kəndində anadan olub, 1988-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. O, 1992-ci ildə Xocalı faciəsindən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olub, cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyatçı kimi xidmət edib, erməni dilini bildiyinə görə düşmənin bir çox planlarını pozmaqda müstəsna xidmətləri olub, 1992-ci il aprelin 10-da Ağdərənin Marquşevan kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adı alıb.
Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn dilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB