Təbrizdə qəzetdə Azərbaycan dilində ədəbiyyat səhifəsi dərc olunub

Təbrizdə qəzetdə Azərbaycan dilində ədəbiyyat səhifəsi dərc olunub

Təbriz şəhərində nəşr olunan " Sa-eb e Təbriz" qəzetində ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində ədəbiyyat səhifəsi verilib. Səhifədə "Yaşıl işıq kitabından", "Qızlar sözü", "Qeysər Əmirpurdan" şeirləri yer alıb.

"Qaradağdan bir aşıq" məqaləsində isə Azərbaycan xalqının qədim aşıq sənəti barədə ümumi məlumat verilib. Müəllif qeyd edib ki, aşıq sənətinin yaranması və inkişafı Azərbaycan xalqının sözün dəyərinə verdiyi xüsusiyyətdən əmələ gəlmiş el yaradıcılığıdır.

Tanınmış yazıçı Kərim Marağinin "Nisyə moğuf (olmaz)" hekayəsindən bir parça oxuculara təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə