Prezident İlham Əliyevin Sərəncamı Rəsulzadənin nəvəsi tərəfindən sevinc hissilə qarşılanıb

Rəis Rəsulzadə: " Prezidentin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamını yüksək qiymətləndirirəm"
Prezident İlham Əliyevin Sərəncamı Rəsulzadənin nəvəsi tərəfindən sevinc hissilə qarşılanıb

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhiriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə tərəfindən də böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanıb.

SİA-nın məlumatına görə, Rəis Rəsulzadə qeyd edib ki, Sərəncamın imzalanması həm də Azərbaycançılıq ideologiyasına verilən töhfədir: "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı Prezidnet İlham Əliyevin imzaladığı Sərəncamı çox yüksək qiymətləndirirəm. Bu, həm də azərbaycançılıq ideologiyası üçün bir töhfədir: "Dünən eşitdim və çoxları kimi mən də sevindim. Babamın yubileyinə hələ 3 ay var. Sevindirici haldır ki, ona dəyər verirlər. Vaxtilə mərhum prezident Heydər Əliyev də 110 illik yubileyin keçirilməsi ilə bağlı sərəncam vermişdi. Sonra ara qarışdı, bəzilərini elədilər, bəzi şeyləri etmədilər. Yenidən belə bir Sərəncam imzalanması çox sevindiricidir. Dünən eşitdim və çoxları kimi mən də sevindim. Babamın yubileyinə hələ 3 ay var. Sevindirici haldır ki, ona dəyər verirlər. Vaxtilə mərhum prezident Heydər Əliyev də 110 illik yubileyin keçirilməsi ilə bağlı sərəncam vermişdi. Sonra ara qarışdı, bəzilərini elədilər, bəzi şeyləri etmədilər. Yenidən belə bir sərəncam imzalanması çox sevindiricidir".

Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədridir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə