Təhsil Nazirinin rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi haqda əmrinə əsasən, layihənin 2013-2014-cü tədris ilində ölkə üzrə 50 pilot məktəbdə həyata keçirilməsi qərara alınıb. SİA-nın məlumatına görə, həmin məktəblər içərisində Gəncə şəhəri 5 nömrəli tam orta məktəbin də adı var. 50 pilot məktəbin hər birinin I-IV və V-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsinin davam etdirilməsi nəzərdə tutulub.
Rus dilinin intensiv tədrisi üzrə layihənin davam etdirilməsi layihəsi çərçivəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Gəncə şəhəri 5 nömrəli tam orta məktəbdə olub. Gəncə şəhər ali və orta məktəblərin rus dili müəllimlərinin iştirak etdiyi yığıncaqda Rusiya və Azərbaycan əlaqələrinin önəmi vurğulanıb. Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov və şəhər 5 nömrəli tam orta məktəbin direktoru Bəhram İmranov bildirib ki, Azərbaycanda rus dili tədrisinin xüsusiyyətləri adlı konfransın təşkilində məqsəd rus dilinin şagirdlərə daha dərindən öyrədilməsidir. Bildirilib ki, Rusiya Azərbaycan dostluğunun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu dostluğun inkişafı və davamlı olması məqsədilə isə rus dilin tədrisinə xüsusi önəm verilməlidir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə çıxışında vurğulayıb ki, konfransda rus dilinin tədrisi və inkşafı ilə məşğul olan mütəxəssislər iştirak edir. Səfir diqqətə çatdırıb ki, onlar bu gün çox lazımlı bir tədbirə toplaşıblar. Bu yığıncaq rus dilinə Azərbaycanda böyük önəm verildiyini bir daha göstərir. Azərbaycanda özünəməxsus yer tutan həm ali təhsil ocaqlarında , həm də orta məktəblərdə rus dili dərslərinin aparılması şagird və tələbələrin inkişafına bir təkandır. Vadimir Doroxin bildirib ki, bu tədbirə Rusyadan bir çox mütəxəssislər də gəlib. Onlar xüsusən istəyiblər ki, bu tədbirə qatılmaqla Azərbaycan müəllimləri ilə ünsiyyətdə olsunlar. Səfir bu görüşlər çərçivəsində Azərbaycanın bir sıra bölgələrində, eləcə də, Gəncə şəhərində orta məktəblər arasında olimpiyadaların keçirilməsinin nəzərdə tutulduğunu da bildirib.
Doroxin xatırladıb ki, Azərbaycan və Rusiya münasibətləri yüksək səviyyədədir və bundan sonra da əlaqələr inkişaf etdirilərək gücləndiriləcək. Konfransdan sonra isə rus dili fənni ilə bağlı olimpiyadaya start verilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB